"ABŞ Ukraynaya qoşun göndərməmək öhdəliyinə sadiqdir" - Sallivan

 23:01 18.03.2024     380

"Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının ora göndərilməsinin potensial imkanları ilə bağlı fərziyyələrinə baxmayaraq, Birləşmiş Ştatlar Ukraynaya Amerika qoşunlarını göndərməmək öhdəliyindən dönməyib və dönməyəcək".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ-nin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Biz öz mövqeyimizi açıq şəkildə bildirdik ki, ABŞ qoşunlarını Ukraynaya göndərmək niyyətində deyilik. ABŞ prezidenti Co Bayden, əslində, bu günlərdə Birliyin vəziyyəti ilə bağlı müraciətində Amerika xalqına bunu təkrarladı. Biz bu gün bu mövqedən kənara çıxmırıq”, - Ağ Evin sözçüsü vurğulayıb.

Yusif EYVAZLI