Restorana gələn qonaq tapança ilə güllələndi
Sankt-Peterburqda polis əməkdaşları şəhərin cənubunda restorana gələn şəxsin qətlinin səbəblərini müəyyənləşdirirlər.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, aralarında yaranmış münaqişə nəticəsində həmin şəxs başqa bir ziyarətçi tərəfindən tapança ilə vurulub.
“Müəyyən edilib ki, martın 18-də saat 19:36-da Sankt-Peterburq şəhərinin Moskovski prospektində yerləşən restoranlardan birində iki ziyarətçi arasında münaqişə baş verib, nəticədə biri tapança ilə digərini güllələyib”, - məlumatda deyilir.
Hadisə yerinə gələn polis atəş açan şəxsi saxlayıb. Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.
Yusif EYVAZLI