Hakan Fidandan “Kurtlar Vadisi” açıqlaması - “Qismətimizdir”

 23:28 18.03.2024     442

Türkiyə xarici işlər naziri Hakan Fidan sosial şəbəkələrdə haqqında danışılan “Kurtlar Vadisi” paylaşımları ilə bağlı açıqlama verib.

Redaktor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir bu haqda Bursada gənclərlə görüşü zamanı danışıb:

Hakan Fidan bu cür zarafatlara öyrəşdiyini deyib:

“Mən də artıq öyrəşmişəm. 14 yaşından dövlətin önəmli xidmətlərində olanda hər cür işlərlə əlaqələndirilirsən. Bu, bizim qismətimizdir”.

Qeyd edək ki, Fidanın xüsusilə xarici işlər naziri olduqdan sonra sosial şəbəkələrdə serialla bağlı redaktə mövzusu olduğu görülüb.