Ukraynanın Avropa İttifaqı ilə gizli danışıqları üzə çıxdı
Avropa İttifaqı (Aİ) fermerlərin etirazları və qarşıdan gələn Avropa Parlamentinə (AP) seçkilər səbəbindən gizli şəkildə Ukraynanı birliyə cəlb etmək üçün çalışır.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Bildirilir ki, avropalı bürokratlar da Moldovanın və bir sıra Balkan ölkələrinin Avropaya inteqrasiyasının açıq müzakirəsindən ehtiyatlanırlar.
Xüsusilə, rəsmilər subsidiyaların mümkün azalması və Ukrayna mallarının rüsumsuz idxalı ilə əlaqədar fermerlər arasında narazılıqdan qorxurlar. Nəhayət, Kiyevin Aİ-yə daxil olması mühüm islahatlar tələb edəcək ki, bu da daxili siyasi gərginlik mənbəyi ola bilər.
Humay İSGƏNDƏRLİ