Avropada qaz ucuzlaşacaq

 10:09 19.03.2024     267

2024-cü ildə Avropada təbii qazın birja qiymətləri 2023-cü ilin orta göstəricisi ilə müqayisədə 20 faizdən çox aşağı düşə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin analitiklərinin proqnozuna istinadən məlumat yayılıb.

Ekspertlərin gözləntilərinə görə, bu il Niderlandda qazın orta qiyməti min kubmetr üçün 353 dollar təşkil edəcək. 

Beləliklə, 2024-cü ildə Avropada qazın orta qiyməti min kubmetr üçün 106 dollar ucuzlaşa bilər.

Həmidə İBRAHİMLİ