"Azərbaycan “Vahid Çin” siyasətini müdafiə edir" - Hikmət Hacıyev

 14:05 19.03.2024     198

Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir, “Vahid Çin” siyasətini müdafiə edir və bir-birinin əsas maraqlarına aid məsələlərdə Çini qətiyyətlə dəstəkləməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin xarici işlər nazirinin müavini Sun Veydonqla (Sun Weidong) görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycan Çin ilə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji kimi sahələrdə əməkdaşlığı genişləndirməyə, ümumi inkişaf və rifaha nail olmağa hazırdır.

S.Veydonq isə qeyd edib ki, Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında iki ölkə bütün səviyyələrdə sıx əlaqələr saxlayır, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıqda mühüm irəliləyiş əldə edib və beynəlxalq səviyyədə səmərəli koordinasiya həyata keçirib:

“Pekin iki dövlət başçısı arasında əldə edilmiş ümumi razılaşmalara əməl etmək, strateji baxımdan bütün sahələrdə sabit, dərin və güclü ikitərəfli əməkdaşlığı təşviq etmək və Çin-Azərbaycan münasibətlərinin səviyyəsini daim yüksəltmək üçün əməkdaşlıq etməyə hazırdır”.