Polşalı general Rusiyanın NATO ilə müharibəyə hazırlaşdığını bildirdi

 16:07 19.03.2024     408

Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Veslav Kukula Rusiyanın NATO ilə hərbi münaqişəyə hazırlaşdığını və bunun “müdafiə ittifaqı” olduğunu anladığını bildirib.

Redaktor.az xəbər verir ki, onun sözlərini Polşa Mətbuat Agentliyi sitat gətirib.

“Biz Rusiyada baş verən dəyişiklikləri aydın şəkildə müşahidə edirik və onlardan nəticə çıxarırıq. Sadə dillə desək, Rusiya NATO ilə münaqişəyə hazırlaşır, onun müdafiə ittifaqı olduğunu tam bilir”, - Kukula bildirib.

Bununla bağlı o, bəyan edib ki, Polşa ordunu sürətlə transformasiya etməklə və cəmiyyətin dayanıqlığını inkişaf etdirməklə təhdidlərə cavab verir.

Kukula həmçinin Şimali Atlantika Alyansını birliyi itirməməyə çağırıb, çünki əks halda bu, Moskva üçün “hücum hərəkətlərinə başlamaq” üçün bir siqnal olardı.

Bundan əvvəl Polşa prezidenti Anjey Duda Moskva ilə Varşava arasında müharibənin mümkün olmadığını söyləyib.

Turan İSMAYIL