Keçmiş prezidentə saxtakarlığa görə cinayət işi açıldı
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaroya peyvənd məlumatlarının saxtalaşdırılması işi üzrə cinayət işi açılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "G1" portalı mılumat yayıb.
Braziliya polisi keçmiş prezident Jair Bolsonaronun ABŞ-a səyahət məhdudiyyətlərini aradan qaldırmaq üçün saxta koronavirus peyvəndi sertifikatı verdiyindən şübhələnib.
Ümumilikdə bu işdə 16 şübhəli var. Onlardan altısı, yəni dövlət başçısının keçmiş köməkçisi Mauro Cid, Bolsonaronun təhlükəsizlik xidmətinin iki üzvü, Duque de Caxias bələdiyyəsinin hökumət katibi və daha iki hərbçi həbs edilib.
Eks-prezidentin həbsinə isə order verilməyib.
İstintaqın məlumatına görə, 2022-ci ilin dekabrında Bolsonaro ilə əlaqəli bir qrup şəxs sertifikat almaq üçün Braziliya Səhiyyə Nazirliyinin sisteminə COVID-19-a qarşı peyvəndlə bağlı saxta məlumatlar daxil edib. Ümumilikdə yeddi nəfərin - Bolsonaro, onun 12 yaşlı qızı, keçmiş köməkçisi Mauro Cid, bu köməkçinin həyat yoldaşı və üç qızı - peyvənd qeydləri saxtalaşdırılıb.
Sultan AYXAN