Fələstin FİFA-dan İsrailə qarşı sanksiyalar tətbiq etməyi tələb edir

 21:13 19.03.2024     321

Fələstin Futbol Federasiyası Beynəlxalq Futbol Federasiyasından (FİFA) İsrailə qarşı sanksiyalar tətbiq etməyi tələb edib. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Təşkilat İsrail klublarının və milli komandalarının beynəlxalq turnirlərdən dərhal uzaqlaşdırılmasına çağırıb. Onlar həmçinin qeyd ediblər ki, israillilər FİFA-nın nizamnaməsini pozub, nəticədə Fələstində yerləşən komandalar öz liqalarına daxil edilib.

Bundan əlavə, Fələstin İsrail Futbol Assosiasiyasını ayrı-seçkilik və irqçiliyə qarşı tədbir görməməkdə ittiham edib.

Yusif EYVAZLI