“Meta” Avropada instaqram və feysbuk üçün abunə qiymətlərini azaldır
Avropa İttifaqının (Aİ) məlumatların mühafizəsi orqanı rəsmiləri ilə müzakirələrdən sonra “Meta” Avropada feysbuk və instaqram üçün reklamsız abunə məbləğini azaldacağını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Meta”nın vəkili Timothy Lamb Avropa Komissiyasında keçirilən seminarda bildirib.
Onun sözlərinə görə, istifadəçilərdən hər əlavə hesab üçün 4 avro ödəniş alınacaq:
“Bu, ağıllı insanın bu keyfiyyətdə xidmətlər üçün ödəməli olduğu aralığın ən aşağı nöqtəsidir”.
Qeyd edək ki, sözügedən ödənişə istifadəçilərin “Apple” və ya “Google” kimi proqram mağazalarından yüklədikləri halda ödəyəcəkləri əlavə ödənişlər daxil deyil.