Hakan Fidan Türkiyənin Aİ-yə üzvlük məsələsini xatırlatdı

 22:14 20.03.2024     342

“Türkiyənin Aİ-yə üzv olmaq barədə strateji baxışı qüvvədə qalır, lakin ittifaqın dialoq aparmaq üçün görünən siyasi iradəsi yoxdur”.

Redaktor.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ispaniyalı həmkarı Xose Manuel Albareslə birgə Ankarada keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyə öz gələcəyini Avropada görməkdə davam edir. Ankaranın Aİ-yə daxil olmaq ilə bağlı yanaşması dəyişməyib.

Avropa İttifaqının ayrı-ayrı ölkələri ilə əlaqələri inkişaf etdirmək bizim üçün daha asan ola bilər, amma Aİ ilə münasibətlərin inkişafı konsensus qərarlarının qəbulu ilə bağlıdır.

Prosesinin aparılması üçün əsas Aİ ölkələrinin siyasi iradəsi lazımdır. Bu isə, 2004 və 2005-ci illərdə olub, lakin sonra eroziyaya məruz qalıb, yerini Türkiyəyə qarşı fərqli siyasi mövqeyə verib”.