Paşinyan Brüsseldə Blinken və Ursula fon der Lyayenlə görüşəcək

 12:03 21.03.2024     266

Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Antonii Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşəcək.

Redaktor.az-ın “Armenpress”-ə istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Armen Qriqoryan bildirib ki, görüşdə Ermənistanın inkişafına kömək edəcək üçtərəfli əməkdaşlıq müzakirə olunacaq.