Yük maşını mikroavtobusla toqquşub, 5 nəfər öldü

 14:55 21.03.2024     613

Türkiyədə ağır qəza olub.

Redaktor.az-ın “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 10.30-da Tekirdağın Saray rayonunda yük maşını mikroavtobusla toqquşub.

Nəticədə 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Kamera görüntülərində yük maşınının sürücüsünün yolu qırmızı işıqda keçdiyi və yolu yaşıq işıqda keçən mikroavtobusa yandan çırpıldığı görünür.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən