Roma Papası müharibə aparan tərəflərə çağırış etdi

 15:22 21.03.2024     350

Roma Papası Fransisk yenidən Ukrayna və İsraildəki münaqişə tərəflərini danışıqlara çağırıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, papa bunun üçün dua etdiyini də vurğulayıb:

“Heç vaxt unutmayın ki, müharibə həmişə məğlubiyyətdir. Müharibə şəraitində irəli getmək mümkün deyil. Biz danışıqlar aparmaq və müharibəni dayandırmaq üçün hər cür səy göstərməliyik. Bunun üçün dua edirik”, - pontifik bildirib.

Martın 9-da Fransisk elan etmişdi ki, Ukrayna münaqişəsində uduzan tərəf ağ bayraq qaldırmalı və sülh danışıqlarına başlamalıdır.

Papanın ilk danışıqlar və atəşkəs çağırışından sonra Vatikanın səfiri Visvaldas Kulbokas Ukrayna Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Diplomat Kiyevin Fransiskin sözlərindən məyus olması barədə məlumatlandırılmışdı.