“Tramp bu xəstəlikdən qorxur”

 22:23 21.03.2024     267

“ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Alzheimer xəstəliyindən qorxur. Buna səbəb isə onun atası Fred Trampın bu cür xəstəlikdən əziyyət çəkməsidir”.

Redaktor.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə “Trump Organization”ın keçmiş top-meneceri danışıb. 

Adı açıqlanmayan menecer Trampın öz atası ilə ünsiyyətinin şahidi olduğunu bildirib: “Donald şübhəsiz ki, Alzheimer xəstəliyindən qorxur”.

O, həmçinin qurğulayıb ki, ABŞ-nin keçmiş prezidenti bunu etiraf etmək və bu barədə ictimai olaraq danışmaq niyyətində deyil. 

Qəzet qeyd edir ki, amerikalı siyasətçinin atası 1990-cı illərdə ağır vəziyyətdə olub. Bildirilir ki, Donald Tramp ailəsini öz malikanəsinə dəvət etdikdə atası öz övladlarını tanıya bilməyib. Fred Tramp 1999-cu ildə 93 yaşında dünyasını dəyişib.