Dünyada ilk dəfə olaraq cərrahlar xəstəyə donuz böyrəyini köçürdülər

 23:36 21.03.2024     264

Bostondakı Massaçusets Ümumi Xəstəxanasının cərrahları dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun böyrəyini canlı insana uğurla köçürüblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Boston Globe” yazıb.

Məlumata görə, böyrək xəstəliyinin terminal mərhələsində olan Massaçusets ştatının Veymut şəhərindən olan 62 yaşlı Riçard Slayman dörd saat ərzində əməliyyat olunub.

Xəstəxanadan bildiriblər ki, xəstə sağalır və tezliklə evə buraxılacaq.

Transplantasiyadakı bu irəliləyiş sayəsində orqan dəyişdirilməsinə ehtiyacı olan xəstələrin gələcəkdə onları xüsusi yetişdirilmiş geni dəyişdirilmiş donuzlardan qəbul edə biləcəkləri gözlənilir. (report)