Türkiyədə məktəblər bu səbəbdən bağlandı - FOTO
Türkiyədə hava kəskin dəyişib, temperatur aşağı düşüb, bəzi bölgələrə güclü qar yağıb.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusən Şərqi Anadolu bölgəsinə yağan qar fəsadlar törədib.
Nəticədə yollar buz bağlayıb, bəzi rayonlarda məktəblərdə bir günlük tətil elan edilib.
Hamilə və fiziki məhdudiyyətli dövlət qulluqçularına da 1 günlük inzibati məzuniyyət verilib. Yollara yağan qarın təmizlənməsi ilə bağlı aidiyyəti qurumların, bələdiyyələrin əməkdaşlarından ibarət briqadalar işə başlayıblar.
Meteoroloqlar Rizə, Ərzurum, Ağrı, Diyarbekir, Mardinətrafı, Bitlis, Bingöl, Batman, Siirt, Şırnak və Elazığın şərqində Muşun cənub və qərb rayonlarında, Hakkaridə və Vanın cənubunda yaxın günlərdə sulu qar və qar yağacağını proqnozlaşdırırlar. Səhər və gecə saatlarında mərkəzi və şərq rayonlarında buzlaşma, şaxta gözlənilir. Temperaturun 4-6 dərəcə aşağı enəcəyi ehtimal edilir.
Şərqi Anadolunun şimal və şərqində yüksək qar örtüyü olan yamaclarda uçqun təhlükəsi var.
Ümumilikdə 13 şəhərdə - Adıyaman, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Hakkari, Mardin, Muş, Siirt, Tunceli, Van, Batman, Şırnakda sarı və narıncı xəbərdarlıq elan edilib.