“Blinkenə dedim ki, lazım gələrsə, bunu özümüz edəcəyik”

 21:16 22.03.2024     848

“Rəfaha daxil olmadan və orada qalan batalyonları məhv etmədən HƏMAS-a qalib gəlmək imkanımız yoxdur”.

Redaktor.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən sonra teleqram kanalında yazıb.

“Blinkenə dedim ki, biz bunu ABŞ-nin dəstəyi ilə edəcəyimizə ümid edirik. Lakin lazım gələrsə, bunu özümüz edəcəyik”, - deyə Netanyahu qeyd edib.

Onun sözlərinə görə, İsrail döyüşlərin getdiyi ərazilərdən mülki əhalinin təxliyə edilməsinin zəruriliyini anlayır və hökumət hazırda bu problemin həlli üzərində işləyir.

Qeyd edək ki, B.Netanyahu Rəfah şəhərində genişmiqyaslı hərbi əməliyyat aparılması barədə qərarı fevralın 9-u açıqlayıb. “Politico” qəzetinin mənbələrinin məlumatına görə, sözügedən əməliyyat keçiriləcəyi təqdirdə ABŞ Prezidenti Co Bayden İsrailə dəstəyi məhdudlaşdıra bilər. Bununla belə, Netanyahu martda əməliyyatın keçirilmə planını təsdiq edib.