Rusiya XİN-dən silahlı insidentə REAKSİYA: Qanlı terrordur...
Rusiya Xarici İşlər Nazirliyi "Crocus City Hall" konsert binasında baş verən hadisəni terror aktı adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O deyib, Rusiya XİN-ə müxtəlif ölkələrdən sadə vətəndaşlar tərəfindən konsert zalında baş vermiş faciə ilə bağlı başsağlığı zəngləri daxil olur.
Qeyd edək ki, silahlı insident və partlayış nəticəsində çoxlu sayda ölən və yaralının olduğu bildirilir.