“Telegram”ın fəaliyyətində fasilələr yarandı
“Telegram” tətbiqində fasilələr yaranıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Down detector” resursunun verilənlər bazasında məlum olub.
Bildirilib ki, saat 9-dan başlayaraq servisin fəaliyyətində nasazlıqlar müşahidə olunur.
Nasazlıqların terror aktı fonunda aşırı yüklənmə ilə əlaqəli olması istisna edilmir.
Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş terror aktında 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.