“Crocus City Hall”da ölənlərin sayı 150-yə yaxınlaşır - YENİLƏNİB
Moskvada martın 22-də "Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir.
Redaktor.az xəbər verir ki, mənbələr "Baza” "Telegram" kanalına ölü sayının 143-ə çatdığını bildirib.
Ölü sayının daha da artacağı ehtimal edilir.
***
Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.
Redaktor.azi xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 115 nəfərə çatdığını açıqlayıb.
Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.
***
Moskva vilayətində “Crocus City Hall”da baş vermiş terror aktında ölənlərin sayı durmadan artır.
Redaktor.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
***
Moskva vilayətində “Crocus City Hall”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə hakimiyyətə yaxın "Shot" teleqram kanalı bildirib.
“İlkin məlumata görə, “Krokus”da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”, - kanal nəql edib.
Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:
“Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.
Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.