Rusiya kəşfiyyatı terrorla bağlı məlumatlı OLUB
Rusiya xüsusi xidmət orqanları ABŞ-dən terror aktının hazırlanması barədə, həqiqətən məlumat alıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya kəşfiyyat xidmətlərindəki mənbə bildirib.
Qeyd olunub ki, bu məlumat ümumi xarakter daşıyıb: “Belə məlumatlar olub, amma konkret heç nə olmayıb”.
Məlumata görə, ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson (Adrienne Watson) cümə günü bildirib ki, mart ayında ABŞ hökuməti Moskvada gözlənilən terror aktı ilə bağlı xəbərdarlıq edib.
Qeyd olunub ki, bu terror aktı kütləvi toplantılar, o cümlədən konsert keçirilən ərazilərdə ola bilər.
Xatırladaq ki, ötən axşam Moskvada "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.