Türkiyədə uşaqlar arasında dava oldu, ölən var
Türkiyənin Qaziantep vilayətində uşaqlar arasındakı dava faciə ilə nəticələnib.
Redaktor.az TRT Haber-ə istinadən xəbər verir ki, Qaziantep vilayətinin Nizip rayonunda uşaqlar arasında naməlum səbəbdən yaranmış mübahisə davaya çevrilib.
Bu zaman məsələyə uşaqların ailələri qarışıb. Böyüklər arasındakı dava zamanı silahdan istifadə edilib. Nəticədə 2 nəfər yaralanıb. Yaralılar əraziyə çağrılmış tibb personalı tərəfindən xəstəxanya çatdırılsa da, xəsarət alanlardan biri – 70 yaşlı Nejdet Kayanın həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının isə müalicəsinin davam etdiyi bildirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.