Rusiya DİN həmin məlumatları yalanladı

 19:54 23.03.2024     304

“Terror aktında şübhəli bilinərək saxlanılan 4 nəfərin hamısı xarici ölkə vətəndaşıdır”.

Redaktor.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb.

Qurum sosial şəbəkələrdə terrorçuların Rusiya vətəndaşlığının olması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bəyan edib: “Hazırda Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya bölmələri Rusiya Federal Təhlükəsizlik Xidmətindən olan həmkarları ilə birlikdə qeyd edilən şəxslərlə bağlı məlumatları diqqətlə yoxlayır. Saxlanılan şəxslərin hər birinin Rusiya Federasiyasının ərazisində qalma müddətini müəyyənləşdirir, faktiki yaşayış ünvanları, habelə digər əhəmiyyətli halları nəzərdən keçirir”.