“Terrorçular Ukraynaya qaçmaq istəyiblər” - Rusiya FTX

 22:13 23.03.2024     332

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada törədilmiş terror aktının təşkilatçılarının Ukrayna ilə əlaqəli oluğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə FTX-nin bu gün yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, “Crocus City Hall”dakı terror aktında iştirak edən terrorçular Rusiya-Ukrayna sərhədinə doğru qaçmağa cəhd ediblər: “Terrorçular sərhədi keçməyi planlaşdırıblar və Ukrayna tərəfində əlaqələri olub. “Crocus City Hall”dakı terror aktı diqqətlə planlaşdırılıb”.