15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - VİDEO
15 yaşlı azərbaycanlı İslam Xəlilov terror aktı zamanı 100-dən çox insanı “Crocus City Hall”dan çıxarıb.
Redaktor.az xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, məktəbli “Crocus City Hall”un qarderobunda yarımştat işləyib.
Onun sözlərinə görə, işə başlamazdan əvvəl fövqəladə hallar zamanı göstərişlər verilib və hadisə başlayanda göstərişlərə ciddi əməl edib. Atışma və sonrakı yanğın zamanı İslam şoka düşmüş kütləni dar keçiddən “Expo” pavilyonuna, sonra isə xidmət zonasından keçərək küçəyə və təhlükəsiz yerə apara bilib.
Qeyd edək ki, “Crocus City Hall” ticarət mərkəzinin sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov da sosial şəbəkə hesabında paylaşım edərək İslama etdiyi yardıma görə təşəkkürünü bildirib.