100-dən çox insanı xilas edən məktəbli mükafatlandırılacaq
Rusiya müsəlmanlarının ruhani lideri, müfti Şeyx Ravil Qaynutdin martın 22-də baş vermiş terror aktı zamanı 100-dən çox insanı “Crocus City Hall”dan çıxaran 15 yaşlı İslam Xəlilova mükafat təqdim edəcək.
Redaktor.az xəbər verir ki, bu haqda Rusiya Müftilər Şurasının bəyanatında deyilir.
Bildirilib ki, İslam Xəlilov və onun valideynləri Moskvadakı Katedral məscidində keçirilən mükafatlandırma mərasiminə dəvət olunublar.
O, Rusiya müsəlmanlarının “Xidmətə görə” medalı ilə təltif olunacaq. Mükafat martın 29-da, cümə namazı zamanı təqdim olunacaq.