Rusiya Moldovaya qarşı hibrid müharibə aparır - Moldova DİN
Rusiya hakimiyyətinin Moldovada başlatdığı hibrid müharibə sürətlə davam edir.
Redaktor.az "NewsMaker"ə istinadən xəbər verir ki, bu barədə Moldovanın daxili işlər naziri Adrian Efros bildirib.
O bildirib ki, Rusiya niyyətindən əl çəkməyib, taktika dəyişib.
"Biz tammiqyaslı hibrid müharibə vəziyyətindəyik. Bu, Ukraynanaya hücumdan sonra intensivləşib. Ukrayna qoşunları hücumu dayandırır, buna görə də Rusiya Federasiyası taktikasını dəyişir. Lakin qazanmaq niyyətindən əl çəkmir", - nazir qeyd edib.
Eyni zamanda, Efros Moldovanın hazırda hərbi işğal təhlükəsi olmadığını vurğulayıb.
"Hərbi təhlükə əlaməti yoxdur. Bəli, bizim daxili işlərimizə qarışmaq cəhdlərini görürük, lakin cəmiyyət sakit olmalı və ictimai asayişi təmin edən orqanlara etibar etməlidir", - o əlavə edib.
Nazir vurğulayıb ki, Kişinyovun böhranın öhdəsindən gələ bilməməsi ilə bağlı bəyanatlar da hibrid müharibənin elementləri ilə əlaqələndirilə bilər. (APA)