Ermənistanda polis idarəsinə bombalı hücum olundu
Ermənistanın paytaxtı İrəvanda 3 nəfərin polis qərargahının binasına əl qumbarası ilə hücum etdiyi etdiyi bildirilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Belə ki, 3 naməlum şəxs paytaxt İrəvanda Nor-Nork Rayon Polis İdarəsinin binasının qarşısına əl qumbarası ilə gəlib.
Hücum edənlərin təhlükəsizlik qüvvələrinə bəzi tələblər irəli sürdüyü zaman qumbaranın partladığı qeyd olunub.
Partlayış nəticəsində hücum edənlərdən ikisi yaralanıb. Digər hücumçunun isə bir müddət təhlükəsizlik qüvvələri ilə danışdığı, daha sonra zərərsizləşdirildiyi bildirilib.
Hücuma müdaxilə edən polis qüvvələri və vətəndaşlar arasında ölən və yaralananların olmadığı bildirilib.