Seda Sayanın çantası gündəm oldu

 10:14 25.03.2024     296

Türkiyənin məşhur müğənni və aparıcısı Seda Sayan kolleksiyaları ilə gündəmə gəlib.

Redaktor.az "Cadde”yə istinadən xəbər verir ki, illərdir səhnə və televiziyadan qazandığı pulları daşınmaz əmlaka yatıran Sedanın çanta, brilyant və saat kolleksiyasının olduğu öyrənilib.

61 yaşlı sənətçinin bu yaxınlarda özəl olaraq hazırlatdığı Hermes markalı çanta üçün 83 min dollar (141 100 manat) ödədiyi iddia edilib.

Seda Sayan timsah və ilan dərisindən olan çantasını yalnız xüsusi günlərdə və tətillərdə istifadə edir.