Papikyan çıxış etdi, hər kəsin telefonu əlindən alındı

 12:37 25.03.2024     246

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının qapalı iclası keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, iclas iştirakçıları Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin 2023-cü il büdcəsinin icrasına dair hesabatı müzakirə ediblər.

Bildirilib ki, müdafiə naziri Suren Papikyanın çıxışından öncə iclasda iştirak edənlərin telefonları əllərindən alınıb.

“Zəhmət olmasa, bütün telefonları seyfə qoyun ki, düşmənlər görüşümüzü dinləməsin”, - müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan bildirib.