Terror zamanı 5 mindən çox insan xilas olub

 13:33 25.03.2024     235

“Crocus City Hall”da baş verən terror aktı zamanı 5000-dən çox insan təxliyə edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Crocus”un nümayəndəsi TASS-a məlumat verib.

Onun sözlərinə görə, minlərlə insan əsasən zirzəmilərdən, xidməti otaqlardan keçərək canını qurtara bilib:

“Binadan 5 min nəfər təxliyə edilib, yanğın zamanı yanğınsöndürənlər zirzəmidən və damdan daha 100 nəfəri xilas ediblər”.

Onlarla vətəndaşın hələ də itkin düşənlər siyahısında olduğu, 100-ə yaxın cəsədin şəxsiyyətinin hələ də müəyyənləşdirilmədiyi bildirilir.

Məlumata görə, Moskvada və ətraf ərazilərdə hadisə nəticəsində xəstəxanaya yerləşdirilənlər üçün qanvermə aksiyaları keçirilir.