Kiyevə ballistik raketlər atıldı - Yaralananlar var

 15:30 25.03.2024     213

“Rusiya silahlı qüvvələri tərəfindən Kiyevə iki ballistik raket atılıb”.

Redaktor.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçuk teleqram kanalında deyib.

“Səhər saat 10:30 radələrində Krımdan iki ballistik raketlə Kiyevə hücum olunub”.

Raketlərin hissələri Kiyevin Peçersk, Holosiivsk, Solomyansk və Dnepr rayonlarına düşüb. Peçersk rayonunda hücum nəticəsində 4 nəfər yaralanıb.