Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
Macarıstan Ukraynaya silah verməyəcək və ora öz ordusunu göndərməyəcək.
Redaktor.az xəbər verir ki, bunu Rusiyada səfərdə olan Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
“Macarıstanın mövqeyi çox aydındır: bu bizim üçün qırmızı xəttdir. Biz heç vaxt Ukraynaya silah verməmişik, hərbi personal göndərmirik. Bunu niyə etməliyik ki?”, - Siyarto bildirib.