"Crocus"da terror törədənlərin qaçdığı avtomobilin sahibinin, qardaşının və atasının həbsi tələb olunur

 19:25 25.03.2024     378

Rusiya Federasiyasının İstintaq Komitəsi Moskvanın Basmannı rayon məhkəməsindən “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı daha üç nəfərin həbs edilməsini istəyib.

Redaktor.az Rusiya KİV-nə istinadən xəbər verir ki, söhbət Aminçon və Dilovar İslamov, eyni zamanda, onların ataları İsrail İslamovdan gedir. Onlar terrora kömək etməkdə ittiham olunurlar.

Məlumata görə, Dilovar İslamov terror aktında şübhəli bilinən şəxslərin idarə etdiyi “Renault” markalı avtomobilin sahibidir. Terrorçular həmin avtomobildə “Crocus”a gediblər və daha sonra hadisə yerindən qaçıblar.(APA)