İspaniyada teleqramın bloklanması qərarı ləğv olundu
İspaniya Milli Məhkəmə Kollegiyası krallıqda teleqram messencerinin işini müvəqqəti bloklamaq barədə qərarını ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, hakim Santiaqo Pedras müvəqqəti bloklamaq üçün əmri ləğv edib. O, belə bir tədbirin yersiz və qeyri-mütənasib olacağını hesab edib.
Xatırladaq ki, daha əvvəl Milli Məhkəmə Kollegiyasının hakimi Santyaqo Pedras iddianı təmin etmək üçün İspaniyada teleqram messencer tətbiqinin dayandırılmasına göstəriş verib.