Rusiyada terror aktında həlak olanların bir qisminin adları açıqlandı

 22:54 25.03.2024     340

Rusiya Fövqəladə Hallar Nazirliyi rəsmi saytında “Crocus City Hall”da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib.

Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.

Siyahıda ilk məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən məlumatları müəyyən edilmiş 95 nəfərin adı var. Qeyd edilir ki, siyahıya adlar əlavə olunacaq.

Qeyd edək ki, terror aktı nəticəsində ölənlərin sayı 139-a çatıb. Bu barədə martın 25-də Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya Prezidenti Vladimir Putinin terror aktı ilə bağlı iclasında bildirib. (report)