“Bu suala cavab verməliyik”

 23:21 25.03.2024     367

“Əlbəttə ki, terrorçuların cinayət törətdikdən sonra Ukraynaya niyə getməyə cəhd etdikləri və orada onları kimlər gözləyib sualına da cavab verməliyik”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktından sonra görülən tədbirlərlə bağlı keçirilən iclasda deyib.

Putin “Cracus”da terror aktını kimin sifariş etdiyini öyrənmək zərurətindən də danışıb. O, bu terroru hədə-qorxu aktı adlandırıb və hadisənin kimə sərfəli olduğunun öyrənilməsinin vacibliyini vurğulayıb.