Fransada 30-a yaxın məktəb bağlandı: Bomba təhlükəsi...

 23:48 25.03.2024     390

Fransanın şimal-şərqində 30-a yaxın təhsil müəssisəsi bomba təhlükəsinə görə bağlanıb, bəzilərində şagirdlər təxliyə edilib.

Redaktor.az xəbər verir ki, daxili poçt sistemi vasitəsilə təhdid mesajları ən azı 30 təhsil müəssisəsi tərəfindən alınıb.

Mesajlarda məktəblərin bombalandığı bildirilib, naməlum şəxs “bütün binanı partlatmaqla” hədələyib.

Məlumata görə, ötən həftənin sonunda 150-dən çox Fransa məktəbi bomba hədəsi alıb. (oxu.az)