Rusiya və ABŞ arasında danışıqlar

 09:30 26.03.2024     294

Rusiyanın ABŞ-dəki səfirliyi gələn həftə ikitərəfli münasibətlər mövzusunda Amerika administrasiyasının nümayəndələri ilə təmaslar barədə razılığa gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

“Gələn həftə təmaslar barədə razılığa gəldik. İkitərəfli münasibətlərin problemləri, bundan sonra necə yaşamalı olduğumuz, Rusiya-Amerika münasibətlərinin tamamilə pozulmaması üçün hər hansı şansın olub-olmaması haqqında müzakirələr apardıq”, - deyə səfir vurğulayıb.