İstanbulda terror təşkilatının üzvləri yaxalandı

 13:00 26.03.2024     311

İstanbul polisi reydlər keçirib və “İslam dövləti” terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxsləri saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Qeyd edilib ki, İstanbul Baş Prokurorluğu “İslam Dövləti”nə işləməkdə şübhəli bilinən 27 nəfərin saxlanılması və həbsi üçün order verib. Bundan əvvəl onların Türkiyə daxilində fəaliyyət göstərdiyi barədə kəşfiyyat məlumatı daxil olub. Bu günə kimi 17 nəfər saxlanılıb. Daha 10 şübhəlinin axtarışları davam edir.