Ukrayna Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edildi
Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski müvafiq qərar imzalayıb.
Bildirilib ki, O.Danilovun yerinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində çalışmış Aleksandr Litvinenko təyin edilib.