Türkiyədə mütəşəkkil cinayətkar qruplaşma çökdürüldü

 20:58 26.03.2024     232

Türkiyədə polisin keçirdiyi əməliyyat zamanı mütəşəkkil cinayətkar dəstə çökdürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat verib.

Qeyd olunub ki, Tuncelidə eyni vaxtda keçirilən “Mahzen-20” əməliyyatları zamanı qruplaşmanın lideri Serdar Alp da daxil olmaqla 12 şübhəli saxlanılıb.

Nazir ölkəni mütəşəkkil cinayətkar dəstələrdən təmizləməkdə qərarlı olduqlarını bildirib.

“Əziz millətimizin bilməsini istəyirəm ki, biz ölkəmizi mütəşəkkil cinayətkar təşkilatlardan və dəstələrdən təmizləmək əzmindəyik. Böyüklüyündən asılı olmayaraq, mütəşəkkil cinayətkar təşkilatlarını məhv edib, onları ədalətə təslim edəcəyik”, - deyə A.Yerlikaya vurğulayıb.