Qırğızıstan vətəndaşları Rusiyaya buraxılmadı
Rusiyaya girişi qadağan edilmiş 40 Qırğızıstan vətəndaşı vətənə göndərilmək üçün Moskva hava limanında gözləyirlər.
Redaktor.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyi vurğulayıb ki, Qırğızıstan vətəndaşları növbəti reyslərlə respublikaya gətiriləcəklər. Nazirlik qeyd edib ki, onların hamısı yemək və su ilə təmin olunublar.
“Bu məsələ Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi və respublikanın Rusiya Federasiyasındakı səfirliyinin nəzarəti altındadır”, - XİN bildirib.
Xatırladaq ki, martın 25-də Qırğızıstan Xarici İşlər Nazirliyi Moskva vilayətində törədilən terror aktından sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar respublika vətəndaşlarını müvəqqəti olaraq Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.