ABŞ prezidentinin müşavirinin evinə peyin atıldı
ABŞ prezidentinin müşavirinin evinə peyin atılıb.
Redaktor.az bu barədə "Fox News"a istinadən xəbər verir.
Naməlum şəxs ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın evinə peyin səpib.
Mətbuatda yayılan məlumata görə, şəxsiyyəti hələlik müəyyən edilməmiş təcavüzkar avtomobillə keçərkən Sallivanın evinə doğru peyin atıb. Gizli təhlükəsizlik xidməti dərhal hadisəyə diqqət çəkib. Dərhal hadisə yerinə polisin minalardan təmizləmə qrupu gəlib.
Hazırda polis şübhəli şəxsi axtarır.
Həmidə İBRAHİMLİ