Ermənistanda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanası bağlanır

 10:33 27.03.2024     294

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin tanınmış təcridxanası olan “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsi bağlanacaq.

Redaktor.az "iravunk.com"a istinadən xəbər verir ki, Ermənistanın Kotayk rayonundakı “Abovyan” cəzaçəkmə müəssisəsinin yanında yeni həbsxana tikiləcək.

Nubaraşen, Vardaşen, Məhkumlar Xəstəxanası və “Yerevan-Kentron” cəzaçəkmə müəssisələrinin bütün kollektivi məhkumlar və məhbuslarla birlikdə bu yeni yaradılmış həbsxanaya köçürüləcək.

Ermənistanın ədliyyə naziri Qriqor Minasyandan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasının bağlanmasını təsdiqləyib.

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən