Rusiyada terror aktında xəsarət alanların sayı 360-a çatıb
Rusiyanın paytaxtı Moskva şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı nəticəsində xəsarət alanların sayı 360 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat Rusiya Qəzalar Tibbi Mərkəzi tərəfindən açıqlanıb.
Qeyd olunub ki, hazırda tibb müəssisələrində ümumən 83 nəfər müalicə olunur. Moskva xəstəxanalarından 34 nəfər evə buraxılıb, daha 60 nəfərin müalicəsi davam etdirilir.