Moskvadakı terror aktından sonra 100 nəfər itkin düşüb?
"Crocus"dakı terror aktından sonra 100 nəfərin itkin düşənlər siyahısında olduğu bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə "VÇQ-OQPU" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hakimiyyət statistik məlumatları açıqlayarkən bu rəqəmdən ehtiyatla qaçır. Baxmayaraq ki, bu insanları sağ tapmaq şansı demək olar ki, yoxdur.
"Bu 100-ə rəsmi olaraq ölü kimi tanınan 139 nəfəri də əlavə etsək, terror aktı qurbanlarının ümumi sayı təxminən 240 nəfər olacaq", - deyə kanal yazıb.
Qeyd edək ki, martın 22-də axşam saatlarında əli silahlı dörd nəfər "Crocus City Hall"a daxil olaraq avtomat silahdan insanlara atəş açıblar və konsert salonunda yanğın törədiblər. Nəticədə 139 nəfər ölüb, 180 nəfər yaralanıb. Rusiya hüquq mühafizə orqanları terror aktını törətməkdə şübhəli bilinən dörd nəfəri Bryansk vilayətində yaxalayıb. Məhkəmə həmin dörd nəfər və onlara bu cinayəti törətmək üçün yardım etməkdə təqsirləndirilən daha dörd nəfər barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçib.