Terror aktında ölənlərin sayı 140-a çatdı
Rusiyanın paytaxtı Moskva şəhərində “Crocus City Hall”da baş verən terror aktında yaralanan bir nəfər tibb müəssisəsində ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
"Təəssüf ki, terror aktında yaralanan bir nəfər ölüb, həkimlər mümkün olan hər şeyi ediblər", - o bildirib.