"Crocus"la bağlı ilginc fakt üzə çıxdı - Ötən ilin noyabrında...
Terror hadisəsinin baş verdiyi azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ilə bağlı yeni detal üzə çıxıb.
Redaktor.az bildirir ki, konsert salonunun “Qazprombank”da kredit qarşılığında girovda olduğu müəyyənləşib. Bununla bağlı RBC ABŞ Əmlak Reyestrindəki məlumatlara istinadən məlumat yayıb. Məlumata görə, 38 min kv. metrlik, 20 saylı bina ötən ilin noyabrında banka girov qoyulub.
Faktla bağlı “Crocus Group” və “Qazprombank” rəsmi açıqlama verməyib.
Qeyd edək ki, “Crocus City Hall” konsert zalında martın 22-də terror aktı törədilib. Son rəqəmlərə görə, hadisə 140 nəfərin ölümünə, 182 nəfərin yaralanmasına səbəb olub.